Qelebə.az / Paris-2024: Azərbaycan cüdoçusu mübarizəni dayandırıb

Paris-2024: Azərbaycan cüdoçusu mübarizəni dayandırıb

27-07-2024, 12:20

Azərbaycan cüdoçusu Leyla Əliyeva Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Report" xəbər verir ki, 48 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Xalimajon Kurbanova (Özbəkistan) ilə üz-üzə gəlib.

Rəqibinə məğlub olan Əliyeva turnirlə vidalaşmalı olub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Geri qayıt