Qelebə.az / Paris-2024: Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib

Paris-2024: Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib

26-07-2024, 21:46

Azərbaycan nümayəndə heyəti Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimindəki paradda iştirak edib.

"QELEBE.AZ" xəbər verir ki, milli komanda paraddan 16-cı keçib.

Onların arasında idmançılarla yanaşı, Azərbaycan yığmasının şef de-missionu Elnur Məmmədov da yer alıb.

Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyıb.

Qeyd edək ki, Paris olimpiadası avqustun 11-də başa çatacaq.


Geri qayıt