Qelebə.az / Paris-2024: Azərbaycan sablyaçısının ilk rəqibi bəlli olub

Paris-2024: Azərbaycan sablyaçısının ilk rəqibi bəlli olub

26-07-2024, 14:03

Azərbaycan qılıncoynadanı Anna Baştanın Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarındakı ilk rəqibi bəlli olub.

"Report"un məlumatına görə, sablyaçı 1/16 final mərhələsində Çin təmsilçisi Yang Hengyu ilə üz-üzə gələcək.

Qarşılaşma iyulun 29-da olacaq.

Qeyd edək ki, Paris olimpiadası avqustun 11-də başa çatacaq.

Geri qayıt