Qelebə.az / Azərbaycanın qızlardan ibarət basketbol millisi Ermənistana qalib gəlib

Azərbaycanın qızlardan ibarət basketbol millisi Ermənistana qalib gəlib

25-07-2024, 18:10

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa çempionatının C divizionunda qrupdakı sonuncu matçını keçirib.

“QELEBE.AZ” xəbər verir ki, Ermənistanla qarşılaşan Evren Alkayanın rəhbərlik etdiyi yığma 68:42 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, Azərbaycan seçməsi ilk oyunda Albaniyanı 72:53 hesabı ilə məğlub edib. Qrupdakı ikinci oyunda Gürcüstan üzərində 74:68 hesabı ilə qələbə qazanan komanda Avropa çempionatının yarımfinalına vəsiqəni təmin edib.

Geri qayıt