Qelebə.az / UEFA Konfrans Liqası: "Makkabi" - "Sabah" oyununa cəmi 300 bilet satılıb - EKSKLÜZİV

UEFA Konfrans Liqası: "Makkabi" - "Sabah" oyununa cəmi 300 bilet satılıb - EKSKLÜZİV

25-07-2024, 16:20

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək "Makkabi" (İsrail, Hayfa) - "Sabah" oyununa cəmi 300 bilet satılıb.

Bu barədə "QELEBE.AZ"a paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

Qarşılaşma neytral meydanda - Macarıstanda baş tutacağı üçün ajiotaj olmayacaq.

Görüşün keçiriləcəyi "Varkert" stadionunda 40-a yaxın azərbaycanlı azarkeş "Sabah"ı qələbəyə səsləyəcək.

Qeyd edək ki, bu gün gerçəkləşəcək "Makkabi" - "Sabah" matçının start fiti saat 21:15-da səslənəcək.

Geri qayıt