Qelebə.az / "Neftçi" Səudiyyə Ərəbistanı Pro Liqası klubu ilə qarşılaşacaq

"Neftçi" Səudiyyə Ərəbistanı Pro Liqası klubu ilə qarşılaşacaq

24-07-2024, 22:53

Türkiyənin Erzurum bölgəsində təlim-məşq toplanışını davam etdirən "Neftçi"nin yoxlama görüşlərindəki sonuncu rəqibi bəlli olub.

"Report" xəbər verir ki, "ağ-qaralar" Səudiyyə Ərəbistanı Pro Liqası təmsilçisi “Əl-Oruba”yla qarşılaşacaq.

Qeyd edək ki, “Palandöken Yüksek İrtifa Camp Facilities”də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə sabah saat 18:00-da start götürəcək.

Paytaxt klubu sabah toplanışa yekun vuracaq.

Geri qayıt