Qelebə.az / Azərbaycan millisi Avropa çempionatında bu gün Gürcüstanla qarşılaşacaq

Azərbaycan millisi Avropa çempionatında bu gün Gürcüstanla qarşılaşacaq

24-07-2024, 09:04

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa çempionatının C divizionunda bu gün növbəti matçına çıxacaq.

"QELEBE.AZ" xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komanda yer aldığı B qrupunda Gürcüstan yığması ilə qarşılaşacaq.

Görüş saat 19:00-da başlayacaq.

Qeyd edək ki, ilk oyunda Albaniyanı 72:53 hesabı ilə məğlub edən millimiz qrupdakı sonuncu görüşünü iyulun 25-də Ermənistana qarşı keçirəcək.

Geri qayıt