Qelebə.az / Fransa klubu "Mançester Yunayted"in futbolçusunu heyətinə qatmaq niyyətindədir

Fransa klubu "Mançester Yunayted"in futbolçusunu heyətinə qatmaq niyyətindədir

23-07-2024, 16:38

Fransanın PSJ klubu İngiltərə təmsilçisi "Mançester Yunayted"in futbolçusu Ceydon Sançonu heyətinə qatmaq niyyətindədir.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, Liqa 1 komandası 24 yaşlı futbolçunun transfer şərtlərini araşdırıb.

Qeyd edək ki, ötən mövsüm icarə əsasında Almaniyanın "Borussiya" (Dortmund) klubunda çıxış edən C.Sanço meydana çıxdığı 14 oyunda 2 qolla yadda qalıb. "Transfermarkt" portalı futbolçunu 30 milyon avro dəyərində qiymətləndirir.

Geri qayıt