Qelebə.az / Fransalı idmançı antidopinq qaydalarını pozduğuna görə Paris-2024-ə buraxılmayacaq

Fransalı idmançı antidopinq qaydalarını pozduğuna görə Paris-2024-ə buraxılmayacaq

23-07-2024, 16:19

Fransalı gimnast Cenna Larui antidopinq qaydalarını pozduğuna görə Paris-2024 Yay Olimpiya Oyunlarına buraxılmayacaq.

"Report" “Le Parisien”ə istinadən xəbər verir ki, onun dopinq testində istifadəsi qadağan olunan salbutamol aşkar edildiyi üçün 6 ay yarışlardan diskvalifikasiya edilib.

Qeyd edək ki, C.Larui Parisdə keçiriləcək olimpiadada Fransa yığmasının heyətinə ehtiyat gimnast kimi qoşulmuşdu.

Geri qayıt