Qelebə.az / Avropa Liqası: "Qarabağ" - "Linkoln" matçının məğlubunun mümkün rəqibi müəyyənləşib

Avropa Liqası: "Qarabağ" - "Linkoln" matçının məğlubunun mümkün rəqibi müəyyənləşib

22-07-2024, 15:27

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində baş tutacaq “Linkoln” (Cəbəllütariq) – “Qarabağ” cütünün məğlubunun potensial rəqibi müəyyənləşib.

"Qarabağ"la "Linkoln"un qarşılşamalarında uduzan komanda növbəti mərhələdə "Ludoqorets" (Bolqarıstan) – "Dinamo" Mn (Belarus) cütünün məğlubu ilə oynayacaq. “Linkoln” – “Qarabağ” cütünün məğlubu ilk görüşü səfərdə keçirəcək.

Qeyd edək ki, Avropa Liqasının III təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də baş tutacaq.

Geri qayıt