Qelebə.az / "Betis"in futbolçusu digər İspaniya klubuna icarəyə verilib

"Betis"in futbolçusu digər İspaniya klubuna icarəyə verilib

20-07-2024, 12:12

İspaniyanın "Betis" klubunun hücumçusu Borxa İqlesias digər La Liqa təmsilçisi "Selta"ya keçib.

"QELEBE.AZ" klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı ispaniyalı futbolçu 2024/2025 mövsümünün sonuna qədər icarəyə verilib.

Qeyd edək ki, ön xətt oyunçusu ötən mövsüm icarə əsasında Almaniyanın "Bayer 04" klubunda oynayıb. B.İqlesias ötən mövsüm UEFA Avropa Liqasının 1/8 finalında "Qarabağ"a qarşı həm ev həm də səfər matçlarında meydana çıxıb.

Geri qayıt