Qelebə.az / "Şamaxı"nın yeni transfer etdiyi futbolçunun keçidi baş tutmayıb

"Şamaxı"nın yeni transfer etdiyi futbolçunun keçidi baş tutmayıb

19-07-2024, 22:50

“Şamaxı” klubu yeni transfer etdiyi futbolçusu Lubeni Haukonqo ilə yollarını ayırıb.

Klubdan "Report"a verilən məlumata görə, Namibiya millisinin üzvü Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ölkədə yaşamaq icazəsi ala bilmədiyi üçün tərəflər arasında imzalanan müqavilə qüvvəyə minməyib.

Qeyd edək ki, müdafiəçi ilə 1 illik müqavilə imzalanmışdı.

Geri qayıt