Qelebə.az / Azərbaycanın U-18 basketbol millisi yoxlama görüşü keçirib

Azərbaycanın U-18 basketbol millisi yoxlama görüşü keçirib

19-07-2024, 20:10

Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını davam etdirən Azərbaycanın oğlanlardan ibarət U-18 basketbol millisi yoldaşlıq görüşü keçirib.

"QELEBE.AZ" xəbər verir ki, yığma küveytli həmyaşıdları ilə qarşılaşıb.

Matç rəqibin 58:46 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, təlim-məşq toplanışına iyulun 21-də, Qətər yığması ilə oyundan sonra yekun vurulacaq.

Geri qayıt