Qelebə.az / "Fiorentina"nın futbolçusu İngiltərə klubuna keçib

"Fiorentina"nın futbolçusu İngiltərə klubuna keçib

18-07-2024, 16:05

İtaliyanın "Fiorentina" klubunun və Serbiya millisinin müdafiəçisi Nikola Milenkoviç İngiltərə təmsilçisi "Nottingem Forest"ə keçib.

"Report" İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ilə müddəti 2029-cu ilin yayına qədər olan müqavilə imzalanıb.

"Transfermarkt" portalının məlumatına görə, serbiyalının keçidi İtaliya klubuna 14 milyon avroya başa gəlib.

Qeyd edək kiİ, 2023/2024 mövsümündə N.Milenkoviç "Fiorentina" klubunun heyətində meydana çıxdığı 50 oyunda 2 məhsuldar ötürməyə imza atıb.

Geri qayıt