Qelebə.az / "Sumqayıt"ın Konfrans Liqasındakı rəqibi heyətinə yeni futbolçu cəlb edib

"Sumqayıt"ın Konfrans Liqasındakı rəqibi heyətinə yeni futbolçu cəlb edib

18-07-2024, 14:14

"Sumqayıt"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Macarıstanın "Fehervar" klubu heyətinə yeni futbolçu cəlb edib.

"QELEBE.AZ" Sekeşfehervar klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Matyas Kovaç icarə əsasında "qırmızı-göylər"in formasını geyinəcək.

Hücumçu müqavilə əsasında Macarıstanın MTK klubuna məxsusdur.

21 yaşlı futbolçu ölkəsinin U-21 millisinin şərəfini qoruyur.

Qeyd edək ki, "Sumqayıt" "Fehervar"la Konfrans Liqasında ilk matçını iyulun 25-də evdə, cavab qarşılaşmasını isə 31-də Macarıstanda keçirəcək.

Geri qayıt