Qelebə.az / “Səbail” təlim-məşq toplanışında son oyununu keçirib

“Səbail” təlim-məşq toplanışında son oyununu keçirib

17-07-2024, 21:38

2024/2025 mövsümünə hazırlığı davam etdirən “Səbail” Türkiyə toplanışında bu gün sonuncu yoxlama oyununu keçirib.

"Report" xəbər verir ki, "dənizçilər" Türkiyə I Liqası təmsilçisi “Ərzurumspor”la qarşılaşıb.

Matç 2:2 hesablı bərabərliklə yekunlaşıb. Paytaxt klubunun heyətində Süleyman Alluş və Nihad Quliyev fərqlənib.

Qeyd edək ki, “Səbail” sabah vətənə yola düşəcək.

Geri qayıt