Qelebə.az / Mahir Emreli Almaniya klubu ilə sabah müqavilə bağlayacaq

Mahir Emreli Almaniya klubu ilə sabah müqavilə bağlayacaq

16-07-2024, 16:35

Azərbaycan millisinin üzvü Mahir Emreli Almaniyanın "Nürnberq" klubu ilə sabah müqavilə bağlayacaq.

"QELEBE.AZ"un əldə etdiyi məlumata görə, 27 yaşlı hücumçu bu gün "qırmızı-qaralar"ın düşərgəsində tibbi müayinədən keçib.

O, sabah II Bundesliqa təmsilçisi ilə "1+1" illik sözləşmə imzalayacaq.

Qeyd edək ki, M.Emrelinin son olaraq çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Geri qayıt