Qelebə.az / Qaret Sautqeyt İngiltərə millisindəki vəzifəsindən istefa verib

Qaret Sautqeyt İngiltərə millisindəki vəzifəsindən istefa verib

16-07-2024, 14:16

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt vəzifəsindən istefa verib.

"QELEBE.AZ"un məlumatına görə, bu barədə İngiltərə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

53 yaşlı mütəxəssis milliyə 2016-cı ildən başçılıq edirdi. Onun rəhbərliyi altında komanda meydana çıxdığı 102 oyunda 61 qələbə, 17 məğlubiyyət və 24 heç-heçə ilə yadda qalıb.

Qeyd edək ki, İngiltərə yığması Almaniyada təşkil olunan AVRO-2024-ün finalında İspaniyaya 1:2 hesabı ilə uduzub.

Geri qayıt