Qelebə.az / Riçard Almeyda: "Bakıya ən yaxşı nəticə ilə dönəcəyik"

Riçard Almeyda: "Bakıya ən yaxşı nəticə ilə dönəcəyik"

26-10-2022, 21:15

"İnanıram ki, Bakıya ən yaxşı nəticə ilə dönəcəyik".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Riçard Almeyda Fransada "Nant"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunundan öncə keçirilən mətbuat konfransında deyib.

Braziliya əsilli yarımmüdafiəçi bildirib ki, rəqibin heyətində yaxşı futbolçular var: "Amma biz öz oyunumuza fokuslanmışıq. Dolu tribunalar qarşısında oynamaq xoşumuza gəlir".

Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək "Nant" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Geri qayıt