Qelebə.az / MOK-un vitse-prezidenti: İnanıram ki, Paris-2024 Yay Olimpiya oyunları təmsilçilərimiz üçün uğurlu keçəcək

MOK-un vitse-prezidenti: İnanıram ki, Paris-2024 Yay Olimpiya oyunları təmsilçilərimiz üçün uğurlu keçəcək

15-07-2024, 20:24

İnanıram ki, Olimpiya oyunları təmsilçilərimiz üçün uğurlu keçəcək, medal sayı bol olacaq.

"Report" xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

MOK rəsmisi tədbir iştirakçılarını salamlayaraq, Olimpiadada iştirak edəcək idmançılara uğurlar arzulayıb:

"Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək bütün Azərbaycan idmançılarına uğurlar arzulayıram. İnanıram ki, yarış təmsilçilərimiz üçün uğurlu keçəcək, medal sayı bol olacaq. Azərbaycan ilk dəfə olaraq Paris 2024-də komanda idman növündə təmsil olunacaq"

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycanı 48 idmançı təmsil edəcək. Oyunların açılışı iyulun 26-da, bağlanışı isə avqustun 11-də olacaq.

Geri qayıt