Qelebə.az / Obameyanq Səudiyyə Ərəbistanı klubu ilə müqavilə imzalayacaq

Obameyanq Səudiyyə Ərəbistanı klubu ilə müqavilə imzalayacaq

15-07-2024, 17:21

Fransanın "Marsel" klubunun hücumçusu Pyer-Emerik Obameyanq Səudiyyə Ərəbistanı Pro Liqasında çıxış edəcək.

"Report" "Foot Mercato"ya istinadən xəbər verir ki, 35 yaşlı oyunçu yaxın vaxtlarda "Əl-Qadisiyah" klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, 2023-cü ildən "Marsel"in formasını geyinən qabonlu futbolçu bu müddətdə meydana çıxdığı 51 oyunda 30 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt