Qelebə.az / Azərbaycan millisinin üzvü Avropa çempionatının ən dəyərli oyunçusu seçilib

Azərbaycan millisinin üzvü Avropa çempionatının ən dəyərli oyunçusu seçilib

14-07-2024, 23:09

Azərbaycanın 16 yaşadək qızlardan ibarət millisinin basketbolçusu Angelina İsmayılova Avropa çempionatının ən dəyərli oyunçusu (MVP) seçilib.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

Qeyd edək ki, C divizionunda yer alan yığmamız finalda Kipri 69:52 hesabı ilə məğlub edərək Avropa çempionatının qalibi adını qazanıb.

Geri qayıt