Qelebə.az / Azərbaycan komandası Macarıstandakı beynəlxalq yarışda 1/4 finala yüksəlib

Azərbaycan komandası Macarıstandakı beynəlxalq yarışda 1/4 finala yüksəlib

14-07-2024, 17:30

Azərbaycanı Macarıstanın Debretsen şəhərində keçirilən 5-ci Avropa Universitet Oyunlarında təmsil edən İdman Akademiyasının futzal komandası 1/4 finala vəsiqə qazanıb.

"Report" xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan komandası qrup mərhələsində Macarıstan, Almaniya və Polşa təmsilçilərini məğlub edib.

Geri qayıt