Qelebə.az / "Napoli" İtaliya millisinin üzvünü transfer edib

"Napoli" İtaliya millisinin üzvünü transfer edib

13-07-2024, 12:59

"Napoli" komandası İtaliya millisinin futbolçusunu transfer edib.

"QELEBE.AZ" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Neapol təmsilçisi Alessandro Buoncornonu sıralarına cəlb edib.

5 illik müqavilə 35 milyon avro qarşılığında baş tutub.

Qeyd edək ki, 25 yaşlı müdafiəçi son olaraq İtaliyanın "Torino" klubunda çıxış edib və ötən mövsüm 29 matçda 3 qol vurub.

Geri qayıt