Qelebə.az / "Mançester Yunayted" 36 yaşlı futbolçusu ilə müqavilə müddətini uzadıb

"Mançester Yunayted" 36 yaşlı futbolçusu ilə müqavilə müddətini uzadıb

12-07-2024, 18:44

İngiltərənin "Mançester Yunayted" klubu təcrübəli futbolçusu Conni Evansla müqavilə müddətini uzadıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar"la 36 yaşlı oyunçu arasında 1 illik yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, "Mançester Yunayted"in yetirməsi olan şimali irlandiyalı müdafiəçi ötən mövsüm 30 oyunda meydana çıxıb.

Geri qayıt