Qelebə.az / Paris-2024-ə lisenziya qazanan paraatlet: Bu hissləri yenidən yaşamaq çox xoşdur

Paris-2024-ə lisenziya qazanan paraatlet: Bu hissləri yenidən yaşamaq çox xoşdur

12-07-2024, 16:29

İkinci dəfə Paralimpiadada iştirak edəcəyəm. Bu hissləri yenidən yaşamaq çox xoşdur.

"QELEBE.AZ" Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istnadən xəbər verir ki, bu sözləri Paris-2024-ə lisenziya qazanan paraatlet Rüfət Rəfiyev söyləyib.

O, indi daha təcrübəli olduğunu deyib:

"Rio-2016-da debüt etmişdim. İndi daha təcrübəli idmançıyam. Məqsədim yaxşı nəticə qazanmaqdır. Məşqlərimi tam sürətlə davam etdirirəm. Vətənimi layiqincə təmsil etməyə çalışacağam".

Qeyd edək ki, Paris Yay Paralimpiya Oyunları avqustun 28-də start götürəcək.

Geri qayıt