Qelebə.az / Azərbaycan millisinin üç üzvü “Scalabis Cup”un final mərhələsinə vəsiqə qazanıb

Azərbaycan millisinin üç üzvü “Scalabis Cup”un final mərhələsinə vəsiqə qazanıb

12-07-2024, 16:00

Azərbaycanın millisinin üç üzvü - Ayan Şabanova (batut gimnastikası), Hüseyn Abbasov (ikili mini-batut) və Ömər Qasımlı (ikili mini-batut) Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə “Scalabis Cup” adlı beynəlxalq yarışın final mərhələsinə vəsiqə qazanıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Qeyd edək ki, iyulun 11-də startı verilən “Scalabis Cup” ayın 13-də yekunlaşacaq.

Geri qayıt