Qelebə.az / Avropa çempionatı: Azərbaycanın basketbol millisi yarımfinala vəsiqə qazanıb

Avropa çempionatı: Azərbaycanın basketbol millisi yarımfinala vəsiqə qazanıb

11-07-2024, 18:10

Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Avropa çempionatının C divizionunun son matçında Malta ilə qarşılaşıb.

"Report" xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi komanda 56:50 hesabı ilə qələbə qazanıb.

Bu qələbədən sonra yığmamız qrupda ikinci pillənin sahibi olaraq, adını yarımfinala yazdırıb.

Seçməmiz bundan əvvəl Albaniyaya 56:60 hesabı ilə məğlub olub. Yığma ikinci görüşdə Moldovanı 78:55 hesabı ilə üstələyib.

Qeyd edək ki, yarımfinal görüşləri iyulun 13-də keçiriləcək

Geri qayıt