Qelebə.az / Lüksemburq - Azərbaycan oyununun stadionu açıqlanıb

Lüksemburq - Azərbaycan oyununun stadionu açıqlanıb

11-07-2024, 17:42

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Lüksemburq yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.

"QELEBE.AZ" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, F qrupunda sentyabrın 6-da təşkil olunacaq görüş Eş-Sur-Alzett şəhərində yerləşən “Emil Mayriş” stadionunda baş tutacaq.

Matçın başlama saatı hələlik məlum deyil.

Geri qayıt