Qelebə.az / Ukrayna millisinin ev oyunlarını keçirəcəyi ölkələr açıqlanıb

Ukrayna millisinin ev oyunlarını keçirəcəyi ölkələr açıqlanıb

11-07-2024, 16:15

Ukrayna Futbol Assosiasiyasının (UAF) İcraiyyə Komitəsi milli komandanın Millətlər Liqasında ev oyunlarının keçiriləcəyi ölkələrin adlarını açıqlayıb.

"Report" xəbər verir ki, Sergey Rebrovun rəhbərlik etdiyi yığma sentyabrın 7-də Çexiyada Albaniyanı, oktyabrın 11-i və 14-də isə Polşada müvafiq olaraq Gürcüstan və Çexiya millilərini qəbul edəcək.

Qeyd edək ki, Ukrayna yığması Çexiya, Albaniya və Gürcüstan komandaları ilə birlikdə B Liqasının 1 qrupunda yer alıb.

Geri qayıt