Qelebə.az / "Neftçi" Türkiyə Superliqasında çıxış edən klublarla qarşılaşacaq

"Neftçi" Türkiyə Superliqasında çıxış edən klublarla qarşılaşacaq

11-07-2024, 15:12

Türkiyədə təlim-məşq toplanışı keçən "Neftçi"nin yoxlama görüşündə qarşılaşacağı rəqiblər bəlli olub.

Klubdan "QELEBE.AZ"a verilən məlumata görə, "ağ-qaralar" ilk olaraq iyulun 13-də Türkiyənin Superliqa təmsilçisi “Alanyaspor”la üz-üzə gələcək.

Növbəti yoxlama görüşü isə iyulun 17-də keçiriləcək. Rəqib digər Superliqa kollektivi “Sivasspor” olacaq

Qeyd edək ki, iyulun 8-də qardaş ölkəyə yollanan paytaxt təmsilçisinin üzvləri ayın 9-dan etibarən baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında gündə iki dəfə məşqə çıxır. Səhər hazırlığında fiziki, axşam məşqində isə əsasən toplu çalışmalar yerinə yetirilir.

Geri qayıt