Qelebə.az / AVRO-2024-də final matçını idarə edəcək hakim açıqlanıb

AVRO-2024-də final matçını idarə edəcək hakim açıqlanıb

11-07-2024, 14:27

Almaniyada təşkil olunan Avropa çempionatının final matçını idarə edəcək hakim müəyyənləşib.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

İspaniya və İngiltərə komandaları arasındakı görüş fransalı Fransua Leteksyeyə tapşırılıb.

Qeyd edək ki, iyulun 14-də Berlində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Geri qayıt