Qelebə.az / "Qəbələ"nin hazırlıq planı müəyyənləşib

"Qəbələ"nin hazırlıq planı müəyyənləşib

11-07-2024, 12:28

“Qəbələ” klubunun 2024-2025-ci illər mövsümünə hazırlıq planı müəyyənləşib.

"QELEBE.AZ" bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Qırmızı-qaralar” məşqlərə iyulun 25-də Qəbələdə başlayacaq.

Seleksiya xarakterli hazırlıq prosesi bir həftə davam edəcək. Ardınca komanda təlim-məşq toplanışına start verəcək. Qəbələ şəhər stadionunda gerçəkləşəcək hazırlıq prosesində yoxlama oyunlarının keçirilməsi planlaşdırılıb. Rəqiblər və qarşılaşmaların tarixləri hələlik məlum deyil.

Qeyd edək ki, I Liqada yeni mövsüm sentyabrın 11-də başlayacaq.

Geri qayıt