Qelebə.az / Azərbaycan millisinin sabiq futbolçusu Türkiyədə klubunu dəyişib

Azərbaycan millisinin sabiq futbolçusu Türkiyədə klubunu dəyişib

11-07-2024, 09:50

Azərbaycanın U-21 millisinin sabiq futbolçusu Barış Ekincier Türkiyədə klubunu dəyişib.

"QELEBE.AZ" xəbər verir ki, 25 yaşlı hücumçu I liqa təmsilçisi "Ümraniyəspor"la müqavilə imzalayıb.

Anlaşmanın detalları haqda ətraflı məlumat verilməyib.

Qeyd edək ki, B.Ekincier 2023/2024 mövsümünü "Şanlıurfaspor"da keçirib. O, meydana çıxdığı 29 oyunda 4 qolla yadda qalıb.

Geri qayıt