Qelebə.az / “Səbail” Azərbaycan millisinin sabiq üzvünü transfer edib

“Səbail” Azərbaycan millisinin sabiq üzvünü transfer edib

10-07-2024, 20:05

“Səbail” daha bir futbolçunun transferini reallaşdırıb.

"QELEBE.AZ" klubun mətbuat ximətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Azərbaycan U-21 millisinin sabiq müdafiəçisi Mərt Çəliklə 1 illik müqavilə imzalayıb.

U-21 yığmamızın heyətində 7 qarşılaşmada 1 qola imza atan 24 yaşlı futbolçu "dənizçilər"in heyətində 20 nömrəli formada çıxış edəcək.

Geri qayıt