Qelebə.az / "Şamaxı"nın "Kəpəz"lə yoxlama matçı təxirə salınıb

"Şamaxı"nın "Kəpəz"lə yoxlama matçı təxirə salınıb

10-07-2024, 15:12

“Şamaxı” və "Kəpəz" klubları arasında iyulun 14-də Qəbələ şəhər stadionunda keçirilməli olan yoxlama matçı təxirə salınıb.

"QELEBE.AZ" "Şamaxı"nın mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşma tərəflərin razılığı ilə bir gün sonra, iyulun 15-də keçiriləcək.

Görüşün məkanı isə dəyişməyib. Oyun Qəbələ şəhər stadionunda, saat 17:30-da start götürəcək.

Geri qayıt