Qelebə.az / Dünya Qadın Seriyası: Azərbaycan millisi çıxışını başa vurub

Dünya Qadın Seriyası: Azərbaycan millisi çıxışını başa vurub

10-07-2024, 09:27

Azərbaycanın 3x3 basketbol millisi Dünya Qadın Seriyasının Fransada keçirilən Bordo mərhələsində çıxışını başa vurub.

"QELEBE.AZ"un məlumatına görə, yığma D qrupunda İspaniya ilə matça çıxmaqdan imtina edib.

Beləliklə, komanda turnirlə vidalaşıb.

Ötən gün "Bordo" klubuna 9:17 hesabı ilə uduzan kollektiv qrupda sonuncu yeri tutub.

Qeyd edək ki, Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarında ilk matçını iyulun 30-da İspaniyaya qarşı keçirəcək.

Geri qayıt