Qelebə.az / "Yuventus" Fransa klubunun futbolçusunu transfer edəcək

"Yuventus" Fransa klubunun futbolçusunu transfer edəcək

8-07-2024, 22:52

Transfer çalışmalarını davam etdirən İtaliyanın "Yuventus" klubu heyətini yeni futbolçu ilə gücləndirəcək.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, "qoca sinyora" Fransa təmsilçisi "Nitsa"nın üzvü Kefren Türamın xidmətində maraqlıdır.

23 yaşlı oyunçu ilə 2029-cu ilə qədər müqavilə bağlanacaq.

Qeyd edək ki, K.Türam "İnter"də (İtaliya) çıxış edən Markus Türamın qardaşı, vaxtı ilə "Yuventus"un şərəfini qorumuş Lilian Türamın oğludur.

Geri qayıt