Qelebə.az / "Borussiya" Almaniya millisinin futbolçusunu transfer edib

"Borussiya" Almaniya millisinin futbolçusunu transfer edib

8-07-2024, 21:21

Almaniyanın "Borussiya" (Dortmund) klubu yeni transferini reallaşdırıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, dortmundlular "Ştutqart"ın müdafiəçisi Valdemar Antonla anlaşıb.

27 yaşlı futbolçu ilə 2028-ci ilə qədər sözləşmə imzalanıb.

Qeyd edək ki, Almaniya millisinin üzvü olan V.Anton AVRO-2024-ün oyunları çərçivəsində Danimarka və İspaniya yığmalarına qarşı görüşlərdə mübarizə aparıb.

Geri qayıt