Qelebə.az / Bundesliqa təmsilçisi yeni transferini açıqlayıb

Bundesliqa təmsilçisi yeni transferini açıqlayıb

8-07-2024, 18:26

Almaniya Bundesliqa təmsilçisi "Volfsburq" yeni transferini açıqlayıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-yaşıllar" "Union" (Belçika) klubunun hücumçusu Muhammed Amurla razılığa gəlib.

24 yaşlı əlcəzairli futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, M.Amur ötən mövsüm Belçika komandasının heyətində 45 oyunda meydana çıxıb və 22 qol vurub. O, Əlcəzair millisində 27 görüş ərzində rəqib qapılarından 6 qol keçirib.

Geri qayıt