Qelebə.az / Roman Qriqorçukun "Neftçi"dəki köməkçiləri açıqlanıb, biri italiyalı mütəxəssisdir

Roman Qriqorçukun "Neftçi"dəki köməkçiləri açıqlanıb, biri italiyalı mütəxəssisdir

8-07-2024, 16:24

“Neftçi”nin məşqçilər korpusuna yeni təyinatlar olub.

"Ağ-qaralar"ın mətbuat xidmətindən "QELEBE.AZ"a verilən məlumata görə, litvalı Saulius Sekanaviçyus köməkçi məşqçi, italiyalı Ciordano Domeniko fiziki hazırlıq üzrə məşqçi, belaruslu Aleksandr Ajintsov isə məşqçi-reabilitoloq vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, bunadək məşqçilər korpusunda yer alan Sənan Qurbanov və qapıçılar üzrə məşqçi Emil Babayev də baş məşqçi Roman Qriqorçukun köməkçilərindən olacaq.

Geri qayıt