Qelebə.az / "Dinamo" Mahir Emrelini təlim-məşq toplanışına aparmayacaq

"Dinamo" Mahir Emrelini təlim-məşq toplanışına aparmayacaq

8-07-2024, 09:52

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" klubundan ayrılmağa çox yaxındır.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, Zaqreb təmsilçisi yeni mövsümə hazırlıq üçün 27 yaşlı hücumçunu Avstriyadakı təlim-məşq toplanışına aparmayacaq.

Emreli ilə yanaşı, Moreno Jivkoviç və Qabriel Rukavinanın da hazırlıq prosesində iştirakı gözlənilmir.

Qeyd edək ki, 2022-ci ildən "Dinamo"da çıxış edən Mahir Emreli komanda ilə iki dəfə Xorvatiya çempionu olub. Onun hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayında başa çatacaq. Futbolçunun klubu ilə yollarını ayıracağı gözlənilir.

Geri qayıt