Qelebə.az / "Vilyarreal" klubunun yeni baş məşqçisi bəlli olub

"Vilyarreal" klubunun yeni baş məşqçisi bəlli olub

25-10-2022, 22:51

İspaniya "Vilyarreal"ının yeni baş məşqçisi bəlli olub.

"QELEBE.AZ" klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Kike Setyenə həvala edilib. 64 yaşlı mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb.

İspaniyalı baş məşqçi bu vəzifədə İngiltərənin "Aston Villa" komandasının sükanı arxasına keçən həmyerlisi Unay Emerini əvəzləyib.

Qeyd edək ki, Kike Setyen 2020-ci ildə "Barselona"dan ayrıldıqdan sonra işsiz idi.

Geri qayıt