Qelebə.az / AVRO-2024: Niderland - Türkiyə matçının ən yaxşısı müəyyənləşib

AVRO-2024: Niderland - Türkiyə matçının ən yaxşısı müəyyənləşib

7-07-2024, 01:21

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında baş tutan Niderland - Türkiyə matçının ən yaxşı futbolçusu müəyyənləşib.

"QELEBE.AZ" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Niderland yığmasının müdafiəçisi Stefan De Vray oyunun ən yaxşısı adına layiq görülüb.

Qeyd edək ki, Niderland - Türkiyə görüşü birincilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Geri qayıt