Qelebə.az / Antuan Qrizmann Fransa millisinin sabiq futbolçusunun rekordunu təkrarlayıb

Antuan Qrizmann Fransa millisinin sabiq futbolçusunun rekordunu təkrarlayıb

6-07-2024, 10:17

Fransa millisinin hücumçusu Atuan Qrizmann fransalı sabiq müdafiəçi Lilian Türamın rekordunu təkrarlayıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu bunu Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Portuqaliya yığmasına qarşı keçirdikləri oyunda reallaşdırıb.

Qrizmann Fransa millisinin heyətində Avropa çempionatlarının final mərhələlərində 16-cı oyununu keçirməklə sabiq müdafiəçinin rekordunu təkrarlayıb.

Qeyd edək ki, Portuqaliya - Fransa matçında (0:0) ikincilər penaltilər seriyasında rəqibindən üstün olub (5:3) və yarımfinala vəsiqə qazanıb.

Geri qayıt