Qelebə.az / Amerika Kubokunda daha bir yarımfinalçının adına aydınlıq gəlib

Amerika Kubokunda daha bir yarımfinalçının adına aydınlıq gəlib

6-07-2024, 09:28

ABŞ-də təşkil olunan Amerika Kubokunda daha bir yarımfinalçının adına aydınlıq gəlib.

"QELEBE.AZ" xəbər verir ki, 1/4 finalda Venesuela millisi Kanada ilə qarşılaşıb.

Görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında Kanada millisi üstün olub - 4:3. Beləliklə, Kanada yarımfinalda Argentina millisinə rəqib olub.

Qeyd edək ki, Argentina - Kanada matçı iyulun 9-da keçiriləcək.

Geri qayıt