Qelebə.az / "Lion" İngiltərə klubunun yarımmüdafiəçisini transfer edib

"Lion" İngiltərə klubunun yarımmüdafiəçisini transfer edib

5-07-2024, 14:00

Fransanın "Lion" klubu İngiltərə təmsilçisi "Nottingem Forest"in yarımmüdafiəçisi Mussa Niakateni transfer edib.

"QELEBE.AZ" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı seneqallı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Fransa təmsilçisi futbolçu üçün 31,9 milyon avro ödəyib.

Qeyd edək ki, Mussa Niakate 2022-ci ilin yayında 10 milyon avroya Almaniyanın "Maynts 05" klubundan İngiltərə təmsilçisinə keçib. Yarımmüdafiəçi "Nottingem Forest" klubunda meydana çıxdığı 37 oyunda 1 qol vurub.

Geri qayıt