Qelebə.az / Azərbaycan boksçusu Rusiyada keçirilən beynəlxalq yarışda finala yüksəlib

Azərbaycan boksçusu Rusiyada keçirilən beynəlxalq yarışda finala yüksəlib

3-07-2024, 17:47

Azərbaycanın gənc boksçusu Nihad Qasımov Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında finala yüksəlib.

Boks Federasiyasından "QELEBE.AZ"a verilən məlumata görə, 48 kq-da çıxış edən idmançı yarımfinalda əfqanıstanlı Haydari Mujtabanı mübarizədən kənarlaşdırıb.

O, rəqibini 5:0 hesabı ilə məğlub edib. N.Qasımov qızıl medal uğrunda Elyar Rustamovla (Özbəkistan) üz-üzə gələcək. Görüş iyunun 5-də olacaq.

Digər boksçularımızdan Haqverdi Həsənov (57 kq), Nurlan Abışov (60 kq) və Valeh Eyvazlı (66 kq) isə yarımfinalda məğlub olduqları üçün yarışı bürünc medalla bitiriblər.

Geri qayıt