Qelebə.az / “Araz-Naxçıvan” klubu baş məşqçi ilə bağlı qərar verməyib

“Araz-Naxçıvan” klubu baş məşqçi ilə bağlı qərar verməyib

3-07-2024, 15:10

Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz-Naxçıvan” klubu baş məşqçi Vitali Borisovla müqavilə müddətinin uzadılması ilə bağlı qərar verməyib.

Bunu “Report”a açıqlamasında klubun vitse-prezidenti Mahmud Sadıqov deyib.

O, baş məşqçi ilə danışıqlara başlamadıqlarını söyləyib. M.Sadıqov AFFA İcraiyyə Komitəsinin iclasında millinin baş məşqçisi kimi təsdiqlənəcəyi təqdirdə, V.Borisovun "Araz-Naxçıvan"la müqavilə müddətinin uzadılacağını nəzərə çatdırıb. Bununla yanaşı, klub rəsmisi məhz V.Borisovla yola davam etmək istədiklərini söyləyib.

Qeyd edək ki, V.Borisovun Azərbaycan millisi və onun baza klubu sayılan "Araz-Naxçıvan" ilə müqavilə müddəti başa çatıb.

Geri qayıt