Qelebə.az / AVRO-2024: Portuqaliya - Sloveniya matçında ikinci əlavə hissə başlayıb - YENİLƏNİB - 5

AVRO-2024: Portuqaliya - Sloveniya matçında ikinci əlavə hissə başlayıb - YENİLƏNİB - 5

2-07-2024, 01:20

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Portuqaliya və Sloveniya yığmaları arasında 1/8 final görüşündə ikinci əlavə hissə start götürüb.

"Report" xəbər verir ki, “Frankfurt Arena” keçirilən qarşılaşmada əlavə olunan ikinci 15 dəqiqə davam edir.

105-ci dəqiqədə Portuqaliya millisinin heyətində Kriştianu Ronaldu penalti zərbəsindən yararlana bilməyib.

01:01

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Portuqaliya və Sloveniya yığmaları arasında 1/8 final görüşündə əlavə vaxt start götürüb.

"Report" xəbər verir ki, “Frankfurt Arena” keçirilən qarşılaşmada əlavə olunan ilk 15 dəqiqə davam edir.

Matçda hesab açılmayıb.

00:54

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Portuqaliya və Sloveniya yığmaları arasında 1/8 final görüşünün əsas vaxtı başa çatıb.

"Report" xəbər verir ki, “Frankfurt Arena” keçirilən matçın 90 dəqiqəsində hesab açılmayıb.

Matçda hər biri 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılacaq.

00:07

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Portuqaliya və Sloveniya yığmaları arasında 1/8 final görüşündə ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, “Frankfurt Arena” keçirilən matçda hesab açılmayıb.

Görüşü italiyalı baş hakim Daniele Orsato idarə edir.

23:48

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Portuqaliya və Sloveniya yığmaları arasında 1/8 final görüşündə ilk hissə başa çatıb.

"Report" xəbər verir ki, “Frankfurt Arena” keçirilən matçda hesab açılmayıb.

Görüşü italiyalı baş hakim Daniele Orsato idarə edir.

23:00

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Portuqaliya və Sloveniya yığmaları arasında 1/8 final görüşü başlayıb.

"Report" xəbər verir ki, qarşılaşma “Frankfurt Arena” keçirilir.

Görüşü italiyalı baş hakim Daniele Orsato idarə edir.

Geri qayıt